Azərbaycanın cüdo millisi ilin son yarışı kimi İsrailin Qüds şəhərində keçiriləcək Masters turnirində iştirak edəcək.
Apasport.az-ın xəbərinə görə, bu yarışda Azərbaycanı 13 idmançı təmsil edəcək. Bunlardan 12-si kişi, 1-i qadın cüdoçudur.
Kişilərdən Balabəy Ağayev, Kəramət Hüseynov, Turan Bayramov (hər üçü 60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Elcan Hacıyev, Səid Mollayi, Zelim Tçkayev (hər üçün 81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) mübarizə aparacaq. Qüdsdə yeganə qadın cüdoçumuz Leyla Əliyeva (48 kq) olacaq.
Qeyd edək ki, yarış 20-22 dekabrda keçiriləcək.
Səbuhi Musa
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək