Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatında rekord qeydə alınacaq.
Bunu apasport.az saytına Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov deyib.
O bildirib ki, artıq 143 ölkə yarışda iştirakını təsdiqləyib. Bu, dünya çempionatları tarixində yeni rekorddur. Sayın artması da mümkündür, Rusiya idmançıları mundiala qoşula bilərlər. Lakin hələlik onların iştirakı ilə bağlı yekun qərar verilməyib. Qonşu ölkə taekvondoçuları ilə bağlı araşdırmalar yaxın müddətdə yekunlaşdıqdan sonra onların iştirakına aydınlıq gələcək.
Bunadək rekord 2009-cu ildə qeydə alınmışdı. 14 il öncə Danimarkanın paytaxtı Kopenhagendə 140 ölkə təmsilçisi mübarizə aparıb.
Azərbaycandakı çempionat Ümumdünya Taekvondo Federasiyasının 50 illik yubileyinə təsadüf edəcək. Bu əlamətdar hadisə ilə bağlı yarışda ümumilikdə 190 ölkə təmsil olunacaq. Onlardan 143-ü idmançı, digərlərinin nümayəndələri rəsmi şəxs və qonaq qismində Bakıya gələcək.
Qeyd edək ki, dünya çempionatı mayın 29-dan iyunun 6-dək keçiriləcək.
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək