Azərbaycan milli komandası 22 yaşadək boksçular arasında Avropa çempionatında medal sayında yeni rekord vurub.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidməti açıqlayıb.
Yığmamız bu nailiyyətə Monteneqronun Budva şəhərində keçirilən qitə birinciliyində imza atıb. Komanda Avropa çempionatında 5 medal qazanmaqla tarixi ilki reallaşdırıb. İndiyədək boksçularımız analoji yarışda 4 dəfə fəxri kürsüyə yüksəlmişdilər. 2012-ci ildə Rusiyada, 10 il sonra Xorvatiyada millimiz 1 qızıl, 1 gümüş və 2 bürünc medala yiyələnmişdi. Bu dəfə 5 medal isə çempionatda yeni rekorddur.
Bu yaş qrupunda Nicat Hüseynov (51 kq) ikiqat Avropa çempionu tituluna da yiyələnib. Onadək 2012-ci ildə Elvin İsayev (60 kq), 2019-cu ildə Məhəmməd Abdullayev (+91 kq) qitə birinciliyinin qızıl medalına sahib olub.
U-22-lərin Avropa çempionatı, həmçinin qadınların yarışında Azərbaycanın ilk medalını qazanması ilə əlamətdar olub.
Qeyd edək ki, komandamızın heyətində Marjona Savriyeva (50 kq) 3-cü olmaqla, adını boks tariximizə yazdırıb.
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək