Yeniyetmə boksçulardan ibarət Tacikistan millisi Azərbaycanda səfərdədir.
Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, qonaqlar Bakı Boks Mərkəzində yığma komandamızla birgə hazırlıq keçirlər.
Tacikistan boksçuları məşq çərçivəsində Azərbaycan millisinin üzvləri ilə sınaq döyüşlərində də güclərini yoxlayıblar.
Tacikistan yığmasının baş məşqçisi Xurşid Abdulloev ölkəmizdə onlara göstərilən qonaqpərvərlikdən razı qaldığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycana səfər və buradakı yoldaşlıq döyüşləri komandasında yer alan yeniyetmə boksçulara təcrübə baxımından çox faydalı olacaq.
- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib