Kutaisi şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, Azərbaycan yığması Gürcüstan, Özbəkistan, İsrail və Latviya millilərinin də qatıldığı yarışı 13 medalla başa vurub.
Baş məşqçi Vaqif Kazımovla məşqçi Teymur Məmmədovun rəhbərlik etdiyi komandada Bilalhəbəşi Nəzərov (46 kq), Eldar Abdullazadə (52 kq) və Orucəli Cavadzadə (57 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olublar. Yalnız finalda uduzan Mircəlal Mirağayevlə (75 kq) İlkin Məmmədli (+80 kq) ikinci yerlə kifayətləniblər.
Digər boksçularımızdan Ucal Musayev (46 kq), Zidan Hümbətov (48 kq), Sübhan Babayev, Əli Baxışov (hər ikisi 50 kq), Faiq Mollayev (52 kq), Elbrus Kərimli (54 kq), Hüseyn Hüseynli (80 kq) və Məhəmməd Cəfərov (+80 kq) isə turniri bürünc medalla bitiriblər.
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək