Azərbaycan boksçusu Sərxan Əliyev Polşada keçirilən III Avropa Oyunlarında ikinci qarşılaşmasına çıxıb.
Apaspport.az saytının məlumatına görə, 71 kq çəkidə qüvvəsini sınayan dünya çempionatının mükafatçısı Eskerxan Madiyevlə (Gürcüstan) üz-üzə gəlib.
İlk görüşündə Mixal Takacsi (Slovakiya) mübarizədən kənarlaşdıran Əliyev yenə rinqdən qalib ayrılıb. O, Madiyevi 3:2 (27:29, 29:27, *28:28, *28:28, 27:29) hesabı ilə məğlub edib.
Sərxan 1/4 final döyüşünə iyunun 28-də çıxacaq.
Qeyd edək ki, bu gün daha 3 boksçumuz rinqə çıxacaq. Anaxanım İsmayılova (50 kq) Rita de Pinyo Soareslə (Portuqaliya), Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) Tatevik Xaçatryanla (Ermənistan) və Məhəmməd Abdullayev (+92 kq) Nikoloz Beqadze (Gürcüstan) ilə döyüşəcək.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək