Mərakeşdə boks üzrə Qızıl kəmər seriyası çərçivəsində ilin ilk turnirinə start verilib.
Apasport.az saytının məlumatına görə, birinci yarış günündə Azərbaycan millisinin heyətində Nəbi İsgəndərov rinqə çıxıb.
67 kq çəkidə mübarizə aparan Avropa çempionatının mükafatçısı 1/8 final çərçivəsində Atomani Baroufla (Komor adaları) üz-üzə gəlib. Görüş təmsilçimizin 5:0 (30:26, 30:24, 30:24, 30:24, 30:26) hesablı qələbəsi ilə yekunlaşıb.
İsgəndərov növbəti döyüşündə ilk mərhələdən azad olan Selbi Dlamini Tabiso (Esvatini) ilə gücünü yoxlayacaq.
Qeyd edək ki, fevralın 10-da bitəcək yarışın ikinci günündə daha 2 boksçumuz mübarizəyə qoşulacaq. 1/8 final çərçivəsində Tayfur Əliyev (60 kq) Kərim Abdulu (Mali), Sərxan Əliyev (71 kq) Sarohatua Lumbantobinqi (İndoneziya) sınağa çəkəcək.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək