Böyük Dəbilqə turnirini 3 medalla başa vurduq
03.12.2023 - 16:12
Azərbaycan cüdoçuları Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqə turnirini 3 medalla başa vurublar.
Apasport.az xəbər verir ki, yarışın ikinci günündə bir idmançı fəxri kürsüyə qalxıb.
Zelim Kotsoyev (100 kq) 3-cü yer uğrunda dueldə italiyalı Cennaro Pirelliyə qalib gəlib. Əvəzində Balabəy Ağayev bürünc medal uğrunda görüşdə Beynəlxalq Cüdo Federasiyasının (İJF) bayrağı altında çıxış edən Ayub Bliyevə uduzub.
Qeyd edək ki, ötən gün Hidayət Heydərov (73 kq) qızıl, Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar. Millimiz yarışa 13 kişi, 1 qadın cüdoçu ilə qoşulmuşdu.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
0
0