Bu gün "Böyük Dəbilqə"də 4 cüdoçumuz mübarizə aparacaq
03.02.2024 - 11:36
Paris "Böyük Dəbilqə" turnirinin ikinci günündə daha 4 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, idmançılarımız 73 və 81 kq çəki dərəcəsində öz güclərini sınayacaqlar.
Rəşid Məmmədəliyev, İbrahim Əliyev (73 kq), Zelim Tçkayev və Səid Mollayi (81 kq) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, ötən gün Nazir Talıbov start oyunda ukraynalı rəqibi Artyom Lesyuka, Əhməd Yusifov isə 1/8 finalda fransalı Romain Pikarda məğlub olub.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
0
0