Redon Cica “Qarabağ”dan ayrılmaq istəyir.
Apasport.az saytına verilən məlumata görə, buna səbəb albaniyalı hücumçunun oyun praktikasından əziyyət çəkməsidir.
Belə ki, Juninyo və Nəriman Axundzadənin kölgəsində qalan Cica daha çox oynamaq üçün başqa kluba icarəyə verilməsini istəyir.
Bunun üçün isə o, agentinin “Qarabağ”la danışmasını istəyib. Meneceri də Ağdam klubu ilə danışıq aparır ki, Cicanı ən azından altı aylıq başqa kluba icarəyə verməyə razı olsunlar.
Məlumata görə, Azərbaycan çempionu onunla yollarını ayırmaq niyyətində deyil. Ona görə də, hələ ki, məsələ açıq olaraq qalıb.
Qeyd edək ki, 25 yaşlı forvard 2023-cü ilin yanvarında “Tirana”dan “Qarabağ”a keçib. Onun Ağdam təmsilçisi ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
- “Neftçi” - “Zirə” matçının hakimləri bəlli olub
- AFFA İntizam Komitəsinin iclası keçirilib
- Afrika Millətlər Kubokunda qalmaqal bitmir – Mərakeş CAS-ın qərarına etiraz edəcək
- Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib
- Elçin Məsiyev dünya çempionatına təyinat alıb