Gələn həftə Pekin-2022 Qış Olimpiya Oyunları start götürəcək.
Apasport.az saytı bu yarışlara ən çox qatılan idmançıların siyahısını təqdim edir.
Cədvələ başçılıq edən yaponiyalı Noriaki Kasai 8 dəfə Qış Olimpiadasında mübarizə aparıb. Xizəklə tramplindən tullanmada qüvvəsini sınayan asiyalı 1992-ci ildən sonrakı bütün turnirlərdə çıxış edib. 50 yaşlı veteran artıq karyerasını bitirdiyi üçün bu rəqəmi artıra bilməyəcək.
Dörd idmançı 7 dəfə Qış Olimpiadasında iştirak edib. Onlardan biri - Klaudia Pixşteyn karyerasını hələ başa vurmadığından rekorda şərik çıxa bilər.
1. Noriaki Kasai (Yaponiya): 1992-2018 (tramplindən tullanma) – 8 dəfə
2-5. Albert Demçenko (MDB/Rusiya): 1992-2014 (kirşə idmanı) – 7 dəfə
2-5. Klaudia Pixşteyn (Almaniya): 1992-2006, 2014-18 (konkisürmə) – 7 dəfə
2-5. Sergey Dolidoviç (Belarus): 1994-2018 (xizək idmanl) – 7 dəfə
2-5. Yanna Ahonen (Finlandiya): 1994-2018 (tramplindən tullanma) – 7 dəfə
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib