Bu gün Azərbaycan Cüdo Federasiyasının (ACF) İcraiyyə Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, iclasda 2022-ci il üzrə fəaliyyətin nəticələri və 2023-cü il üçün hədəflər müzakirə edilib.
Qeyd edilib ki, ötən il milli yığmaların işinin təşkili, ölkədə cüdonun inkişafı və kütləviləşdirilməsi, fəaliyyətin rəqəmsallaşdırılması, hakimlərin və məşqçilərin peşəkar səviyyəsinin artırılması, maddi-texniki infrastrukturun yaxşılaşdırılması, təhsil layihələrinin reallaşdırılması, daxili yarışların sayının və səviyyəsinin artırılması, regionlarda cüdonun inkişafı istiqamətində hərtərəfli və kompleks fəaliyyət göstərilib.
Həmçinin, 2023-cü içün federasiyanın əsas fəaliyyət hədəfləri və planları üzrə sənəd İcraiyyə Komitəsinə təqdim edilib.
2022-ci il üzrə hesabat və cari il üzrə planlar ətrafında aparılan müzakirələr zamanı İcraiyyə Komitəsinin üzvləri görülən işləri yüksək qiymətləndirərək, öz tövsiyələrini və fikirlərini bildiriblər.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək