Hidayət Heydərov Açıq Avropa çempionatında iştirak edəcək.
Apasport.az xəbər verir ki, dekabrın 16-da Kosovanın Priştina şəhərində cüdo üzrə Açıq Avropa çempionatı keçiriləcək.
Yarış kişilər arasında 73 kq. çəkidə, qadınlar arasında isə 57 kq. çəkidə baş tutacaq. Çempionatda 27 ölkədən 42 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Azərbaycanı yarışda kişilər arasında Hidayət Heydərov təmsil edəcək.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq. Əməkdar bədən tərbiyəsi və idman xadimi Əli Dərvişov isə Avropa Cüdo Birliyinin İnformasiya Texnologiyaları üzrə təşkilat komitəsinin üzvü kimi fəaliyyət göstərəcək.
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO