Cüdoçumuz bürünc medal qazandı
16.02.2024 - 19:55
Bakıda keçirilən "Böyük Dəbilqə" turniri davam edir.
Apasport.az xəbər verir ki, millimiz bu gün aktivinə daha bir medal yazdırıb.
Yaşar Nəcəfov 3-cü yer uğrunda görüşdə braziliyalı Villian Limanla qarşılaşıb. 66 kq çəkidə mübarizə aparan idmançımız rəqibini məğlub edərək, bürünc medal qazanıb.
Qeyd edək ki, daha əvvəl 60 kq çəkidə Balabəy Ağayev bürünc medal qazanmışdı.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
0
0