Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyində finalçıların adları bəlli olub.
Apasport.az saytının məlumatına görə, 28 ölkədən 378 idmançının qatıldığı yarışda Azərbaycan millisinin daha bir idmançısı yarımfinal döyüşünü qələbə ilə başa vurub.
Emanuel Kioaba (Rumıniya) və Tsotne Muntçavanı (Gürcüstan) məğlub edən Sübhan Babayev 1/2 finalda Georgi Ralfa (İngiltərə) da qalib gəlib. 44 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz 3:2 (27:29, 29:27, 29:27, 27:29, 30:26) hesabı ilə qələbə qazanıb. O, finalda italiyalı Antoni El Moetti ilə üz-üzə gələcək.
Bağır Əlimxanlı (46 kq) və Banuçiçək Nəsirli (44 kq) isə Avropa birinciliyini bürünc medalla bitiriblər. Yarımfinalda müvafiq olaraq Mixael Xames (İngiltərə) və Crinnion Lauren Doerti (İrlandiya) qalib gələrək finala yüksəldiklərindən boksçularımız 3-cü yerlə kifayətləniblər.
Beləliklə, avqustun 20-də baş tutacaq final görüşlərində Azərbaycanın 2 boksçusu çempionluq döyüşünə çıxacaq. Sübhan Babayevlə yanaşı, Əli Məmişov (70 kq) da qızıl medal uğrunda qüvvəsini sınayacaq. Onun rəqibi Giorgi Biqvava (Gürcüstan) olacaq.
Qeyd edək ki, daha öncə Kənan Aslanlı (60 kq) komandamıza bürünc medal qazandırıb.
- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib