Daha bir cüdoçumuz gümüş medal qazandı
04.02.2024 - 21:49
Fransanın paytaxtı Paris şəhərində keçirilən "Böyük Dəbilqə" turniri davam edir.
Apasport.az xəbər verir ki, daha bir cüdoçumuz gümüş medal qazanıb.
90 kq çəki dərəcəsində çıxış edən Elcan Hacıyev finala qədər yüksəlib. O, burada Türkiyə təmsilçisi Mixael Zqanka uduzub. Bununla da, idmançımız fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, daha əvvəl Zelim Tçkayev (81 kq) gümüş medala sahib çıxıb.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
0
0