Noyabrın 19-da İsraildə şahmat üzrə komandalar arasında dünya çempionatına start veriləcək.
Apasport.az saytının məlumatına görə, Azərbaycan Şahmat Federasiyası kişi şahmatçılardan ibarət milli komandanın heyətini müəyyənləşdirmək üçün seçim turniri keçirmək barədə qərar qəbul edib.
İsraildə dünya çempionatında iştirak edəcək millinin dörd üzvü seçim turnirinin nəticəsinə əsasən məlum olacaq.
Turnirin təşkilində əsas məqsəd son aylar müxtəlif beynəlxalq turnirlərdə yüksək nəticə göstərən şahmatçılara milli komandada çıxış etmək imkanı yaratmaqdır.
Yarışda Qədir Hüseynov, Rauf Məmmədov, Nicat Abasov, Vasif Durarbəyli, Misrətdin İskəndərov, Vüqar Əsədli, Məhəmməd Muradlı və Aydın Süleymanlı iştirak edir.
Dairəvi sistemlə təşkil olunan turnir oktyabrın 29-da yekunlaşacaq.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək