Dünya çempionatına vəsiqə qazanan Azərbaycan bilyardçıları bəlli oldu
12.02.2024 - 12:22
Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard Federasiyası tərəfindən keçirilən turnirdə yığmanın 4 idmançısı dünya çempionatına vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, Ramin Səməndərov, Seyhun Ağayev, Yəhya Məmmədov və Azər Hacıyev Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək yarışda ölkəni təmsil etmək hüququna yiyələniblər.
Onlar turnirə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yollanacaqlar.
Qeyd edək ki, mundial 27 fevral - 2 mart aralığında gerçəkləşəcək.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
0
0