Milli Olimpiya Komitəsinin (MOK) idman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev 18-20 aprel tarixlərində Sloveniyanın Maribor şəhərində keçirilən Gənclərin Yay Olimpiya Festivalının (EYOF) missiya rəhbərlərinin görüşündə iştirak edir.
Apasport.az-a MOK-dan verilən məlumata görə, Festivalın keçirilməsi ilə bağlı hazırlıq prosesini müzakirə edən görüş iştirakçıları həmçinin yarışların keçiriləcəyi məkanlar, Atletlər Kəndi ilə yaxından tanış olublar. Digər təşkilati məsələlərin də müzakirə edildiyi görüş zamanı atletərin yeləşdirilməsi və yaradılan şəraitlə bağlı məsələlərə aydınlıq gətirilib.
Qeyd edək ki, hələ ki Azərbaycandan 6 idman növündə (gimnastika, cüdo, üzgüçülük, velosiped, tennis və atletika) 37 atlet yarışlarda iştirak hüququ qazanıb.
2019-cu ildə Bakı şəhərinin ev sahibliyi etdiyi EYOF 23-29 iyul tarixlərində Sloveniyanın Maribor şəhərində keçiriləcək.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib