Fərid Qayıbov: “İdmançılarımız yarışa hazırdırlar”
20.06.2023 - 13:33
“Bütün idmançılara uğurlar arzulayıram. Onlara inanırıq”.
Apasport.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.
O, Krakov-2023 III Avropa Oyunlarına yolasalma mərasimində jurnalistlərə açıqlama verib. Nazir yığmamızın bu gün yarışa yollandığı üçün bayram əhval-ruhiyyəsində olduqlarını bildirib: "Böyük nümayəndə heyətimiz var. İdmançılarımız səylə hazırlaşıblar, yarışa hazırdırlar. Turniri işıqlandıran media nümayəndələrinə də təşəkkür edirəm”.
Qeyd edək ki, Avropa Oyunlarına sabah start veriləcək.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0