Əfsanəvi müdafiəçi öldü – 76 yaşında
25.08.2021 - 13:33
Çexoslovakiya hokkeyinin əfsanəsi Yan Suxi vəfat edib.
Apasport.az saytının məlumatına görə, sabiq müdafiəçi 76 yaşında dünyasını dəyişib.
O, 2008-ci ildən Çexiya, 2009-cu ildən İİHF Şöhrət zalının üzvüdür. Suxi Çexoslovakiya tarixində ən məhsuldar müdafiəçidir. O, çempionatda 162, millidə 44 qol vurub.
1968/69 mövsümünün ən yaxşı bombardiri olan Suxi Çexoslovakiya çempionatları tarixində belə uğura imza atan yeganə müdafiəçidir. O, həmin vaxt 56 xal toplayıb.
Suxi Yiqlava “Dukla”sı ilə 7 dəfə Çexoslovakiya çempionu olub. O, yığmada Olimpiya və 7 dünya çempionatının mükafatçısıdır.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0