Gimnastlarımızdan gümüş medal
18.11.2023 - 19:31
Azərbaycan batut gimnastları Samirə Hüseynova və Ayan Şabanova ilkə imza atıb.
Apasport.az xəbər verir ki, təmsilçilərimiz Böyük Britaniyanın Birmingem şəhərində keçirilən dünya yaş qrupları yarışında uğur qazanıb.
Onlar batut gimnastikası və tamblinq üzrə yarışda fərqləniblər. İdmançılarımız sinxron proqramda gümüş medal qazanıblar.
Azərbaycan gimnastika tarixində dünya yaş qrupları yarışında qadın idmançıların qazandığı ilk medaldır.
Qeyd edək ki, İbrahim Mustafazadə və Ammar Baxşaliyev də İngiltərədə batut gimnastikasında də ikinci yeri tutublar.
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
0
0