Azərbaycanın gənclərdən (U-20) ibarət yunan-Roma güləşi millisi Qazaxıstana yollanıb.
Apasport.az xəbər verir ki, yığmamız bu gündən Çimkənd şəhərində təlim-məşq toplanışına start verib.
Martın 9-dək davam edəcək hazırlıq prosesində böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında 18 güləşçi yer alıb.
Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer alacağı toplanışda Qazaxıstan, Ukrayna, Özbəkistan, Tacikistan və Səudiyyə Ərəbistanı yığmaları da iştirak edir.
Komanda hazırlıq prosesini başa vurduqdan sonra martın 11-13-də Astanada keçiriləcək Jaksılık Uşkempirov turnirində çıxış edəcək.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb