Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinə noyabrın 25-də start veriləcək.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidməti açıqlayıb.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının təşkilati dəstəyi ilə keçirəcəyi turnirdə 52 dövlət qurumu, şirkət və müxtəlif təşkilatların komandaları mübarizə aparacaq. 2024-cü il mayın 6-dək davam edəcək oyunlar şənbə və bazar günləri keçiriləcək.
Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında iştirakçı komandaların nümayəndələri ilə görüş keçirilib. Görüşdə Gənclər və İdman Nazirliyinin Olimpiya və paralimpiya növləri sektorunun müdiri Fikrət Hüseynov turnirin əsasnaməsi və qaydalar barədə məlumat verib, yarışla bağlı texniki məsələləri görüş iştirakçılarının diqqətinə çatdırıb. Görüşdə qurumların nümayəndələrinin sualları cavablandırılıb və təklifləri dinlənilib.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb