I Liqada klubunu dəyişdi - RƏSMİ
25.08.2026 - 13:55
I Liqada klubunu dəyişdi - RƏSMİ

Futbol üzrə Azərbaycan I Liqa təmsilçisi "Xankəndi" heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda Kristian Kamta Fokunu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 22 yaşlı kamerunlu futbolçu 2025/26 mövsümündə Azərbaycanın digər klubu "Difai"də forma geyinib.