İki güləşçimiz finala vəsiqə qazandı
12.02.2024 - 22:30
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün Azərbaycanın iki yunan-Roma güləşçisi finala vəsiqə qazanıb.
55 kq. çəkidə Rəşad Məmmədov yarımfinalda gürcüstanlı dünya çempionu Nuqzari Tsurtsumiaya (5:1) qalib gəlib. 63 kq. çəkidə Murad Məmmədov isə Ənvər Allahyarovu (3:3) xalların keyfiyyətinə görə üstələyib.
87 kq. çəkidə İslam Abbasov serbiyalı Aleksandr Komarova uduzub - 1:3. O, bürünc medal uğrunda görüşə çıxacaq.
Qeyd edək ki, bu çəkilərdə final qarşılaşmaları fevralın 13-də keçiriləcək.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
0
0