Karateçimiz BƏƏ-də çempion oldu
27.02.2024 - 11:27
Azərbaycanın yeniyetmə karateçisi Nəsimi Musayev Birləşmiş Ərəb Əmirliklərinin Fujairah şəhərində keçirilən Liqa yarışında çempion olub.
Apasport.az xəbər verir ki, o, 70 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, qızıl medal qazanıb.
Ona qədər turnirdə Gülay Orucova (59 kq) qızıl, Fərid Hacızadə (55 kq) gümüş mükafata yiyələnib.
Qeyd edək ki, beynəlxalq turnirdə 76 ölkədən 1856 karateçi mübarizə aparıb.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
0
0