“Kimyaçılar” üçün Rumıniya və Özbəkistan klubları
27.12.2023 - 21:16
"Sumqayıt"ın Antalya toplanışı çərçivəsində yoxlama oyunları keçirəcəyi rəqiblərin adı dəqiqləşib.
Apasport.az xəbər verir ki, “kimyaçılar” gələn il yanvarın 12-də Rumıniyanın "Hermanştadt" klubu ilə üz-üzə gələcək.
Samir Abasovun komandası 4 gün sonra isə Özbəkistan "Soqdiana"sını sınağa çəkəcək.
Qeyd edək ki, "Sumqayıt" yanvarın 3-də doğma şəhərdə bir araya gələcək. Toplanışın ikinci mərhələsi isə yanvarın 6-17-dək Türkiyənin Antalya şəhərində olacaq.
- “Neftçi” - “Zirə” matçının hakimləri bəlli olub
- AFFA İntizam Komitəsinin iclası keçirilib
- Afrika Millətlər Kubokunda qalmaqal bitmir – Mərakeş CAS-ın qərarına etiraz edəcək
- Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib
- Elçin Məsiyev dünya çempionatına təyinat alıb
0
0