Bu gün Krakov-2023 III Avropa Oyunlarında qılıncoynatma yarışlarına start verilib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının kişi sablyaçıları da medallar uğrunda mübarizə aparıb.
Dörd idmançımızdan ikisi - Murad Əkbərov və Saleh Məmmədov qrup mərhələsini adlayaraq 1/32 finala yüksəlib. Maqsud Hüseynli və Ayxan Xasıyev isə medal arzusu ilə erkən vidalaşıb.
1/32 final səddi sablyaçılarımız üçün keçilməz olub. Murad ispaniyalı İnaki Bravoya 9:15, Saleh isə polşalı Pyotr Şepanikə 5:15 hesabı ilə uduzub.
Qeyd edək ki, bu gün baş tutan qadın rapiraçıların yarışında Azərbaycan təmsil olunmayıb.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək