Krakov-2023: Yığmamızdan erkən vida
30.06.2023 - 11:42
Krakov-2023 III Avropa Oyunları davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün qılıncoynatma yarışlarına yekun vurulacaq.
Avropa çempionatı daşıyan komanda yarışında Azərbaycanın kişi şpaqaçıları mübarizəyə 1/16 finaldan qoşulub. Millimizin ilk rəqibi Estoniya olub. Kənan Əliyev, Ruslan Həsənov və Barat Quliyevdən ibarət “üçlük” ilk matçında 41:43 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, bu gün qadın sablyaçılardan ibarət komandalar da mübarizə aparır.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0