Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
Apasport.az sayının saytının məlumatına görə, beşinci yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Mübarizəyə 1/4 finaldan qoşulan Zaur Əliyev Rumıniyadan olan rəqibinə gücünü göstərərək yarımfinala yüksəlib. Rusiya pəhləvanıyla ağır mübarizə şəraitində keçən qarşılaşmadan da qalib ayrılan Əliyev adını finala yazdırıb.
Zaur Nuriyev debütdə Rumıniya güləşçisinə məğlub olub.
Laçın Vəliyev ilk mərhələdə Polşadan olan rəqibini üstələyib. Ancaq daha sonra Rusiya güləşçisinə uduzub. Rəqib finala yüksəldiyi üçün Laçın mayın 22-də təsəlliverici görüşə çıxacaq.
Sərxan Məmmədov ilk görüşdə Serbiya idmançısına minimal hesabla qalib gəlib. Ancaq daha sonra İsveçrə təmsilçisiylə bacarmayıb.
Bu çəkilərdə təsəlliverici və medal görüşləri mayın 22-də keçiriləcək.
55 kq
1/4 final: Zaur Əliyev – Denis Florin Mihay (Rumıniya) 4:1
1/2 final: Zaur Əliyev - Mövlud Rizmanov (Rusiya) *3:3
FİNAL: Zaur Əliyev - Adem Burak Uzun (Türkiyə)
63 kq
1/8 final: Zaur Nuriyev – Aleksandru Trandafir (Rumıniya) 4:6
87 kq
Təsnifat: Laçın Vəliyev – Şimon Şimonoviç (Polşa) 5:3
1/8 final: Laçın Vəliyev - Aleksandr Komarov (Rusiya) 0:8
Təsəlliverici görüş: Laçın Vəliyev - İlias Paqkalidis (Yunanıstan)
130 kq
1/8 final: Sərxan Məmmədov – Vladan Jivkoviç (Serbiya) 4:3
1/4 final: Sərxan Məmmədov - Delian Hüseyn Alişahi (İsveçrə) - 4:6
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”