FİDE şahmatçıların yeni reytinq siyahısını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, fevral cədvəlində Azərbaycanın 9 zəka sahibi yer alıb.
Ən yaxşı təmsilçimiz Teymur Rəcəbov 2747 xalla mövqeyini qoruyub. O, dünyada 11-cidir. Bir pillə geriləyərək 15-ci sırada qərarlaşan Şəhriyar Məmmədyarov ondan 7 xal geri qalır.
2661 xala malik Qədir Hüseynov 84-cü pillədədir və yeri dəyişməyib. Hələ də Azərbaycan adından çıxarılmayan Arkadi Naydiç isə 3 rəqibini qabaqlayaraq, 76-cı yerə yüksəlib. O, 2665 xala malikdir.
Siyahıya norveçli Maqnus Karlsen başçılıq edir – 2852.
Qadın şahmatçılarımız arasında ən yüksək pillədə olan Günay Məmmədzadə bir pillə irəliləyib. O, 2472 xalla 20-cidir. Bir addım geriləyən Ülviyyə Fətəliyeva (2427) 39-cu, beş pillə irəliləyən Gövhər Beydullayeva (2387) 58-cidir. Mövqeyi 8 pillə pisləşən Xanım Balacayeva (2379) 79-cu yerdədir. 5 addım irəliləyən Gülnar Məmmədova (2376) isə 69-cu yerə qalxıb.
Qadınların siyahısında çinli Yifen Hou birincidir – 2638 xal.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək