“Ocaq Sport” klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi və Su İdman Sarayını təmsil edən bədii gimnastların iştirakı ilə Milli Gimnastika Arenasında təlim-məşq toplanışı keçirilib.
Apasport.az xəbər verir ki, fevralın 3-dək davam edəcək hazırlığın əsas məqsədi gimnastların gələcəkdə keçiriləcək yarışlara yüksək səviyyədə hazır olmasıdır.
Bədii gimnastika üzrə yığmanın məşqçisi Nəzrin Cəfərzadə bildirib ki, təlim-məşq toplanışında 4 klubdan 2009-2016-ci il təvəllüdlü 70 gimnast iştirak edir.
Qeyd edək ki, təlimlərdə gənc idmançılar təcrübəli məşqçilərin rəhbərliyi altında gürzlər, top, halqa və lentlərlə müxtəlif gimnastika və rəqs hərəkətlərini yerinə yetirirlər.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb