Noyabrın 19-da İsraildə şahmat üzrə komandalar arasında rapid üzrə dünya çempionatına start veriləcək.
Apasport.az saytının məlumatına görə, Azərbaycan Şahmat Federasiyası kişi şahmatçılardan ibarət milli komandanın heyətini müəyyənləşdirmək üçün seçim turniri keçirmək barədə qərar qəbul edib.
İsraildə dünya çempionatında iştirak edəcək millinin dörd üzvü seçim turnirinin nəticəsinə əsasən məlum olub.
Rapid turnirində 4,5 xal toplayan Aydın Süleymanlı yarışın qalibi olub. Eyni xala malik Qədir Hüseynov əlavə göstəricilərə ikinci yeri tutub. Aktivində 4 xal olan Vüqar Əsədli və Rauf Məmmədov yarışı müvafiq olaraq 3-4-cü yerlərdə başa vurub.
Beləliklə, Aydın Süleymanlı, Qədir Hüseynov, Vüqar Əsədli və Rauf Məmmədov rapid üzrə komandalar arasında dünya çempionatında Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovla birgə Azərbaycan milli komandasının şərəfini qoruyacaq.
Qeyd edək ki, Aydın Süleymanlı və Vüqar Əsədli əsas milli komandaya ilk dəfə dəvət olunur.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib