Milli komandamız dünya çempionu oldu
11.11.2023 - 09:31
Azərbaycan yığması Böyük Britaniyanın Birmingem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıb.
Apasport.az xəbər verir ki, Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Elnur Məmmədovdan ibarət heyət tamblinq üzrə komanda hesabında 1-ci yeri tutaraq, dünya çempionu olub.
Qeyd edək ki, bu Azərbaycan gimnastikası tarixində bir ilkdir.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
0
0