Fevralın 2-4-də Fransada cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək.
Apasport.az xəbər verir ki, yarışda iştirak edəcək millimizin heyəti açıqlanıb.
Böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautmanın rəhbərliyi altında Parisə gedəcək yığmamızda 5 çəki dərəsində 9 cüdoçu yer alacaq.
Azərbaycanı “Böyük Dəbilqə”də Nazir Talıbov, Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev, İbrahim Əliyev (73 kq), Zelim Tçkayev, Səid Mollayi (81 kq), Vüqar Talıbov, Elcan Hacıyev (90 kq) və 100 kq-dan yuxarı çəki dərəcəsində Uşanqi Kokauri təmsil edəcək.
Qeyd edək ki, turnirdə 110 ölkədən 661 idmançının iştirakı gözlənilir.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb