Millimiz kubokun bir addımlığında - YENİLƏNİR
04.10.2025 - 09:38
Millimiz kubokun bir addımlığında - YENİLƏNİR

Bu gün 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələdə təşkil olunan III MDB Oyunlarında final matçına çıxacaq.

Apasport.az xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektiv həlledici oyunda Rusiya yığması ilə üz-üzə gələcək.

Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 14:00-da start veriləcək.

III MDB Oyunları
Final
14:00. Azərbaycan - Rusiya