Azərbaycanın daha bir güləşçisi dünya çempionatında final görüşünə çıxıb.
Apasport.az saytının məlumatına görə, Serbiyanın paytaxtı Belqraddakı mundialın ikinci günündə Ülvi Qənizadə çempionluq qarşılaşmasında qüvvəsini sınayıb.
72 kq çəkidə mübarizə aparan yunan-Roma güləşçimiz serbiyalı Ali Feyzollah Arsalan ilə üz-üzə gəlib. Güləşçimiz 4:7 hesabı ilə uduzub və gümüş medalla kifayətlənib.
Bu, yığmamızın ikinci medalı olub. 55 kq çəkidə Eldəniz Əzizli dünya çempionu adına yiyələnib.
Qeyd edək ki, sabah yunan-Roma millimiz daha 4 medal qazanmaq imkanına malikdir. Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal, Rafiq Hüseynov (82 kq) isə təsəlliverici qarşılaşmada mübarizə aparacaq.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib