Bu gün Azərbaycan Güləş Federasiyasının (AGF) ofisində iclas keçirilib.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, Namiq Abdullayev AGF-in İcraiyyə Komitəsinin üzvü kimi iş yükünün artması, regionlarda güləşin inkişafı üçün layihələrin həyata keçirilməsi və ümumilikdə Azərbaycanda sərbəst güləşin tərəqqisi istiqamətində əlaqələndirici funksiyanın yerinə yetirilməsi ilə bağlı olaraq baş məşqçi vəzifəsindən ayrılıb.
Bu vəzifəyə yığma komandanın sabiq üzvü Xetaq Qazyumov təyin edilib.
AGF rəhbərliyi 2020-ci ilin sentyabr ayından baş məşqçi vəzifəsini yerinə yetirən Olimpiya çempionuna xidmətlərinə və qazanılan uğurlara görə təşəkkürünü bildirib və ona İcraiyyə Komitəsində sərbəst güləşə cavabdeh şəxs kimi fəaliyyətində uğurlar arzulayıb.
Qadın güləşi üzrə milli komandanın da baş məşqçi vəzifəsində dəyişiklik edilib. AGF-in vitse-prezidenti Namiq Əliyev tərəfindən daha öncə sərbəst və qadın güləşi üzrə yığma komandalarımızı çalışdırmış Semyon Şterev baş məşqçi kimi kollektivə təqdim edilib.
O, bu postda 2021-ci ilin oktyabr ayından baş məşqçi səlahiyyətlərini icra edən Rövşən Umudovu əvəzləyib. AGF-nin mütəxəssislə əməkdaşlığı bundan sonra da davam edəcək.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib