Bu gün Bakıda görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII beynəlxalq superturnirdə blits yarışlarına start verilib.
Apasport.az-a turnirin mətbuat xidmətindən verilən xəbərə görə, növbəti yarış günündə 9 tur oynanılıb.
Rapid turnirinin və blits yarışlarının 9 turunun yekunlarına görə, özbəkistanlı Nadirbəy Əbdüsəttarov 20 xalla turnir cədvəlində liderliyini davam etdirir. İspaniya təmsilçisi Fransisko Valyexo Pons 16,5 xalla 2-ci pillədə qərarlaşıb. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov 15 xalla 3-4-cü, Rumıniya təmsilçisi Rixard Rapport, çinli Van Hao 14 xalla 5-6-cı pilləni bölüşürlər. Hesabında 12,5 xal olan ABŞ idmançısı Samuel Şenklənd 7-ci yerdədir. Abdulla Qədimbəyli 10 xalla 8-cidir. Aydın Süleymanlı və hindistanlı Qukeş Dommaracu 9 xalla 9-10-cu pillədə qərarlaşıblar.
Qeyd edək ki, sabah memorialda daha 9 tur oynanılacaq. Turnirin qalibi rapid və blits yarışlarının yekun nəticələrinə görə müəyyənləşəcək.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək