Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (K-44) dünya çempionu tituluna sahib olub.
Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, 70 kq çəkidə qüvvəsini sınayan idmançı bu uğura Meksikanın Verakrus ştatında keçirilən mundialda imza atıb.
1/16 finaldan azad olan Xəlilov ilk döyüşündə ispaniyalı parataekvondoçu ilə üz-üzə gəlib. Həmyerlimiz dünya və Avropa çempionunu 7:3 hesabı ilə məğlub edib. O, ardınca gürcüstanlı idmançını mübarizədən kənarlaşdırıb – 16:2. İmaməddin yarımfinalda Kuba təmsilçisi ilə döyüşüb. Gərgin keçən görüşdə yığma üzvü 12:9 hesabı ilə qələbə qazanıb.
Parataekvondoçumuzun finalda rəqibi özbəkistanlı olub. Xəlilov bu dəfə 5:2 hesabı ilə qalib gələrək, dünya çempionu adına yiyələnib və Meksikada Azərbaycan himnini səsləndirib. Bununla da İmaməddin iştirak etdiyi 6 yarışda 6-cı mükafatını qazanıb. Niderlandda Avropa Paralimpiya Oyunlarında, Cənubi Koreyada açıq Dünya Çağırış Yarışında, Meksikada Qran-pridə birinci yeri tutan parataekvondoçu Fransada açıq Avropa çempionatında ikinci, Parisdə Qran-pridə üçüncü olub.
Dünya çempionatındakı uğur parataekvondonun Yay Olimpiya Oyunlarına daxil edilməsindən sonra ilk qızıl medal kimi tarixə düşüb.
Qeyd edək ki, sentyabrın 24-də yekunlaşacaq. Mundialın son günündə Əbülfəz Abuzərli (80 kq, K-44) mübarizəyə qoşulacaq.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək