Azərbaycanın qadın güləş millisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatını 3 medalla başa vurub.
Apasport.az-ın məlumatına görə, son gündə 65 kq-da mübarizə aparan Birgül Soltanova həlledici qarşılaşmada rumıniyalı Amina Kapezanla qüvvəsini sınayıb. Rəqibinə 5:6 hesabı ilə uduzan Soltanova gümüş medalla kifayətlənib.
Jalə Əliyeva (57 kq) isə italiyalı Aurora Russoya 6:2 qalib gələrək bürünc medal qazanıb.
Dünən isə Elnurə Məmmədova (55 kq) Avropa 3-cüsü olmağı bacarmışdı. Beləliklə, yarışı 1 gümüş və 2 bürünc medalla tamamlayan Azərbaycanın qadın güləş millisi 78 xalla Avropanın 5-cisi olub. Ukrayna 159 xalla 1-ci, Türkiyə 129 xalla 2-ci və meydan sahibi Rumıniya 123 xalla 3-cü yeri tutub.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşi üzrə millimiz 3 qızıl və 1 gümüş medal qazanmasına baxmayaraq, 123 xalla yalnız 4-cü olmağı bacarmışdı.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək