“Qarabağ” “Zalsburq”a qarşı - YENİLƏNİR
15.07.2025 - 09:53

Təlim-məşq toplanışını Avstriyada davam etdirən "Qarabağ" bu gün sonuncu - 4-cü yoxlama matçını keçirəcək.
Apasport.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri “Zalsburq” ilə üz-üzə gələcək.
Görüş Kaprun stadionunda, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən "Qarabağ" Avstriya toplanışını iyulun 16-da başa vuracaq.
0
0