Misli Premyer Liqasında XIII turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, bu gün Qərb derbisi baş tutub.
“Turan Tovuz” doğma meydanda “Kəpəz”i qəbul edib. Tovuz şəhər stadionunda keçirilən qarşılaşma saat 16:30-da başlayıb.
Görüşü İnqilab Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
3 qolun vurulduğu matçda sevinən tərəf ev sahibləri olub - 2:1.
Tovuz təmsilçisi 27 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Ehtiyatda bir oyunu olan Gəncə klubu isə 18 xalla altıncı sırada yer alıb.
Misli Premyer Liqası
XIII tur
28 noyabr
16:30. “Turan Tovuz” – “Kəpəz” 2:1
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Namiq Bəkirov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Anar Şixəliyev
Tovuz şəhər stadionu.