Rapid üzrə Azərbaycan çempionatına yekun vurulub.
Apasport.az saytının məlumatına görə, yarışın qalibi adını Rauf Məmmədov qazanıb.
O, 9 turdan 7 xal toplayaraq birinci yerə layiq görülüb.
Məmmədov eyni xalı yığan Vüqar Əsədli ikinci, yarım xal az toplayan Məhəmməd Muradlı isə üçüncü olub.
Qadınlar arasında isə 7 turdan 5 xal yığan Ləman Hacıyeva əlavə göstəricilərə görə birinci yerə sahib olub. İkinci pillədə onunla eyni xala malik olan Ayan Allahverdiyeva qərarlaşıb. Ülviyyə Fətəliyeva turniri üçüncü yerdə başa vurub.
Bu gün şahmatçılar Azərbaycan çempionatında blits yarışında mübarizəni davam etdirəcək.
Qeyd edək ki, çempionatların təşkilində əsas məqsəd dekabrın 25-30-da Qazaxıstanın Almatı şəhərinin ev sahibliyi edəcəyi rapid və blits üzrə dünya çempionatına gedəcək şahmatçıların müəyyən edilməsidir.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib