
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Zirə” - “Hayduk” matçından öncə “qartallar”ın baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.
"Bizim üçün avrokuboklarda yeni mövsüm başlayır. Çempionatı uğurla başa vurduq. İstəklərimizdən biri də yenidən avrkuboklara düşüb, ölkəmizi, klubumuzu layiqli təmsil etmək idi. Sabah ilk oyunumuza çıxacağıq. Oyuna yaxşı hazırlaşa bilmişik. Komandamız ideal formada olmasa da, ideala yaxın, yaxşı formadadır. Yeganə məsələ oyun praktikasıdır. Hər ikimizdə də vəziyyət eynidir. Sabah azarkeşləri maraqlı və gərgin oyun gözləyir. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik ki, cavab oyunu öncəsi üstünlüyümüz olsun. İstəyərdik ki, azarkeşlərimiz tribunaları doldursunlar. Onların dəstəyinə ehtiyacımız var. Tək bizim yox, bütün klublarımızın azarkeşləri komandaya stadiondan dəstək olsunlar. Bir ailə kimi bir-birimizə dəstək olaq, sabah ilk oyunla mövsümə uğurlu start verək".
- "Hayduk" kimi rəqibin adı hər şeyi deyir, Hansı planda üstün olmalısız?
- Daha çox öz komandam haqda düşünürəm ki, sabah və cavab oyununda biz hansı vəziyyətdə olacağıq, oyun intizamını nə səviyyədə icra edəcəyik ki, nəticə bizim üçün uğurlu olsun. Hədəfimiz mərhələni keçməkdir. Rəqib də bundan ötrü meydana çıxacaq. Kimin daha uğurlu olacağını oyunlar göstərəcək.
- Rafael Utziq və Salifu Sumanın gələcək taleyi necə olacaq?
- Suma bu gün komanda ilə vidalaşdı. 1 həftə-10 gün olar ki, razılıq əldə edilmişdi. Xırda məsələlər müzakirə olunurdu. Hazırda səfərə çıxır. Suma bizimlə olmayacaq. Ona gələcək karyerasında uğurlar arzulayırıq. Ona baxacağıq. İstəyərdim ki, karyerası bundan uğurlu olsun. Utziqə gəldikdə, o, komandadan ayrılmaq istəyir. Fərdi söhbətimiz olmuşdu. Qərara gəlmişdik ki, planlarımıza daxil etməyək. Artıq prosesləri klub rəhbərliyi ilə müzakirə etməli idik. Elə məsələlər var ki, idarə heyəti məşğuldur. O, ayın 14-dən Bakıda olmalı idi. Amma 1 aydan sonra Bakıya gəldi. Hazırda həm pul cəriməsi olunub, həm də 4 həftə əvəzedici heyətdə iştirak etməlidir. Özü bilir. Növbəti nə tədbirlər görüləcəksə bunu zaman göstərəcək. Rəhbərliklə arasındakı danışıqlar, təkliflərdə razılıq əldə olunmadı. Təkliflər klubu qane etmədi.
- Suma hara gedir?
- Rəsmiləşdikdən sonra bilinəcək.
- Utziqi bağışlayacaqsız?
- Zamana buraxılan şeylərdir. Hazırda onu komandamda görmürəm. Bizdə başqa futbolçuların da təklifləri var idi. Amma danışıqlar oldu, toplanışa gəldilər, sonrakı danışıqlarda komandada qaldılar. Getmədilər. Amma bir futbolçu bir ay toplanışa gəlmirsə, görüşlərdə iştirak etmirsə, bir ay sonra düşərgəyə gəlirsə, müəyyən midarda cərimələmişik. Zaman göstərəcək.
- Vinsent Till Sumanın yoxluğunu doldura biləcək?
- Həmişə çalışmışıq ki, möhkəm kollektiv formalaşdıraq. Hansısa futbolçu üzərində oyun fəlsəfəsi qurmamışıq. Sabah Sumanın yerinə meydanda olan oyunçular onu layiqincə əvəzləyəcəklər. Yeganə problem odur ki, Suma oynamayanda, bu periodda o mövqelərdə rotasiya olurdu. Amma son dönəmlərdə Suma artıq əvəzolunmaz sağ vinger idi. O baxımından bizdən zaman alacaq. İnanıram ki, futbolçularımız onun yoxluğunu hiss etdirməyəcək. Tillə gəldikdə, 2 həftə əvvəl zədələndi və adını ərizədən çıxardıq. Hər iki oyunda da iştirak etməyəcək.
- Yeqor Boqomolski və Eldar Quliyevin durumu nə yerdədir?
- 3-4 həftə bizimlə birlikdə olmayacaq. Suma və Utziqin olmamasını nəzərə alsaq, Tilli çıxarıb, Boqomolskini komandaya əlavə etdik. Müalicəsi necə gedəcək ona baxacağıq. Belə olduqda bu tip itkilər məyus edir, Eldarın, Boqomolskinin, Tillin. Hamısı hücum xəttinin oyunçularıdır. Düşünürəm ki, komandamız çətinlikləri sevir, bu bizim futbolçulara motivasiya verəcək ki, çətinlikləri aşmaq lazımdır. Elə olan halda, qələbə zövqü daha çox olacaq.
- Transfer siyasəti istədiyiniz sürətdə getdi?
- Ömür boyu adlara, simalara, karyeralara fikir verməmişəm. Mənim üçün ən vacib futbolçunun əzmkarlığı, peşəkarlığıdır. Bəzən mətbuata göz gəzdirirdik, transferlərimiz tənqid olunurdu. Keçmişə boylansalar, hansısa iddialı oyunçu transfer etməmişik. Sleeksiyamız həmişə bu şəkildə olub. Komandamızın da müəyyən imkanları var. Buna görə rəhbərliyə təşəkkür edirik. Biz imkana uyğun seleksiya qururuq. İllər boyu apardığımız seleksiya siyasətini davam etdiririk. İstəyərik ki, təcrübəli, ambissiyalı futbolçular transfer edək. Amma bəzi şeylərdə imkanlar, komandanın yürütdüyü siyasətlə bağlıdır. Rəhbərliyimizi çox yaxşı tanıyıram. Stabil komanda formalaşdırıb və həmişə komandanın yanındadır, verilən sözlər həmişə tutulur. Əsas fəlsəfə odur ki, komanda addım-addım inkişaf etsin və stabil uğura doğru gedən klub olsun. Elə olmasın ki, 1-2 il uğurlu olsun, sonra bir neçə klubumuz kimi çempionatda olmasın, fəaliyyətini dayandırsınlar. Rəhbərliyin siyasətini dəstəkləyirəm.
- “Neftçi Arena” sizin üçün doğma arena deyil. Burada oynamaq necə hiss olacaq?
- Bura mənim üçün həmişə doğmadır, “Neftçi”nin stadionu mənim üçün həmişə doğmadır. Burada çıxış etməyimizi istəyənlərdən biri mənəm. Çox istədim ki, burada oynayaq. “Neftçi” rəhbərliyinə təşəkkür edirəm. Bu periodda stadionda keçirilən oyunlar təhlükəlidir. İstidir. Onlara təşəkkür edirəm. Bura gözəl stadiondur. Həmişə burada oyunlar maraqlı keçir. Biz də istəyirik ki, oyunlar azarkeşlər üçün maraqlı olsun.
- Cüdoçularımız XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iki qızıl medal qazanıblar
- Filip Krovinoviç: "Azərbaycan çempionatının yaxşı səviyyədə olduğunu bilirik"
- "Hayduk"un baş məşqçisi: "15 ildir ki, komanda avrokuboklarda yaxşı çıxış etmir"
- Rəşad Sadıqovdan Yurçeviçə cavab: “Özünün Azərbaycanda müqaviləsi necə olub?”
- Qismət Alıyev: “Oyuna tam hazırıq”