Rusiya və Belarusun Bakıdakı dünya çempionatında iştirakına icazə verilib
03.04.2023 - 12:44
Rusiya və Belarus taekvondoçularının beynəlxalq yarışlarda iştirakına icazə verilib.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Ümumdünya Taekvondo Federasiyası açıqlayıb.
Qurumun Şurasının toplantısında qərara alınıb ki, hər iki ölkənin idmançıları təşkilatın bayrağı altında yarışlara buraxılsın. Bunu Rusiya yığmasının baş məşqçisi Vadim İvanov açıqlayıb. O bildirib ki, iştirak edəcəkləri ilk yarış Bakıdakı dünya çempionatı olacaq.
Qeyd edək ki, taekvondo üzrə 26-cı dünya çempionatı mayın 29-dan iyunun 6-dək Bakıda keçiriləcək.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0