Azərbaycan Kubokunun 1/4 final mərhələlərində yeni rekord qeydə alınıb.
Apasport.az xəbər verir ki, “Sabah” - “Qarabağ” cütü bu mərhələnin ən məhsuldar duelinin iştirakçısı olub.
Bu komandaların görüşlərində 15 qol vurulub. Hər iki tərəf səfərdə qalib gəlib. Ağdam klubu 7:1, paytaxt təmsilçisi 4:3 hesabı ilə üstün olub.
İndiyədək 1/4 final mərhələlərinin bir cütündə bu qədər qol vurulmayıb. Ən məhsuldar duellər 13 qolla başa çatıb.
1994/95 mövsümündə “Kəpəz”lə Sumqayıt “Xəzər”inin matçlarında gəncəlilər iki qələbə qazanıblar - 3:0 və 6:4. 2016/17 mövsümündə isə “Qarabağ” “Sumqayıt”ı üstələyib – 6:0 və 5:2.
Qeyd edək ki, ümumilikdə ölkə kubokunun ən məhsuldar cütündə 23 qol qeydə alınıb. 2003/04 mövsümündə 1/8 finalda “Şəfa” “Lider Qarabağ”ı 14:0 və 8:1 hesabları ilə yenib.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb