Bu gün Misli Premyer Liqasında XX tura yekun vurulacaq.
Apasport.az xəbər verir ki, turun son matçı Qəbələdə keçiriləcək.
"Qırmızı-qaralar" "Sabah"ı qəbul edəcək. Qonaqlar liderliyini davam etdirmək, meydan sahibləri isə "İmişli"yə daha da yaxınlaşmaq arzusundadır.
Qeyd edək ki, "bayquşlar" 46 xalla turnir cədvəlinə başçılıq edir. "Qəbələ" 14 xalla 10-cu pillədə qərarlaşıb.
Misli Premyer Liqası
XX tur
16 fevral
17:00. "Qəbələ" – "Sabah"
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəşad Əhmədov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Elvin Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Qəbələ şəhər stadionu