Sahib Ələkbərov: "Şüarımız budur: "Daim irəli"
12.05.2026 - 08:05
Sahib Ələkbərov: "Şüarımız budur: "Daim irəli"

"Biz illərdir ki, ancaq irəlini düşünürük. Bu yarışda şüarımız da budur, daim irəli". 

Apasport"un "Bakı-Xankəndi velosiped yarışı"na ezam olunan əməkdaşı xəbər verir ki, bu sözləri Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov deyib.

Ələkbərov əsas məqsədlərinin velosiped idman növünü inkişaf etdirmək olduğunu bildirib:

“Sea Breeze”dən İsmayıllıya qədər olan mərhələ uğurla başa çatdı. Gördüyünüz kimi, yarışa maraq da yüksək səviyyədədir. Biz bu idman növünü populyarlaşdırmağa 2012-ci ildən başlamışıq. Hazırkı turniri səviyyə və təşkilatçılıq baxımından çox yüksək qiymətləndirirəm. Biz federasiya olaraq həmişə çalışmışıq ki, bu idman növündə daha da irəli gedək".

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 min avrodan çoxdur.

Yarışa mayın 14-də yekun vurulacaq.